Olay
Olay

Riki Martin qardaşı oğlu ilə eşq münasibətində ittiham edilir

Riki Martin qardaşı oğlu ilə eşq münasibətində ittiham edilir

Dünyaca məşhur ifaçı Riki Martinin başı qalmaqaldan ayılmır.

OLAY yazır ki, sənətçi bu dəfə insest münasibətdə ittiham edilir.

Bildirilir ki, müğənni 21 yaşlı qardaşı oğlu Dennis Yadiel Sançes ilə 7 ay eşq yaşayıb. Bu barədə Rikinin qardaşı Erik Martin məlumat yayıb.

Sançesin sözlərinə görə, o, Riki ilə intim münasibətdə olduğu müddətdə yeddi ay ərzində psixoloji və fiziki zorakılığa məruz qalıb. 50 yaşlı müğənninin ayrılması ilə barışa bilmədiyi və keçmiş sevgilisini tez-tez narahat etdiyi iddia edilir.

Qeyd edək ki, Puerto Rikoda insest münasibət yaşayan şəxslər 50 ilə qədər həbs cəzası ilə cəzalandırıla bilər.

Onu da bildirək ki, Riki bir neçə il öncə atası kürd, anası isə erməni olan isveçli rəssam Cvan Yosef ilə ailə həyatı qurub.