“Hamı deyir, bayağı musiqi. Bayağı musiqi yoxdur, bayağı təqdimat var”.
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri “10-da görüşək” proqramında səsləndirib.
O, aparıcı Samir Bayramlının “Hazırda şou-biznesimizdə nə çoxdur” sualına belə cavab verib:
“Sən mahnı alanda hər bir detalına fikir verməlisən. Bunun da hamısı xərcdir. O pulu xərcləyə biləcək adamlar – bayağı müğənnilər gedirlər 100-200 manat xərcləyirlər, aranjiman etdirirlər. Bilmirlər mahnıda nəyin səsləridir, amma di gəl ki 200 minlik maşın sürürlər, Səidə deyəndə onu anlamadılar (Səidə Sultan – red.) Keyfiyyətli musiqi üçün pul xərcləmək lazımdır. Səhnəmizdə ucuzluq çoxdur, zövqsüzlük də buradan qaynaqlanır”.