“Mənə instaqramda falçılar çox yazır”.
OLAY yazır ki, bu sözləri “Səhər mərkəzi” proqramında müğənni Günay İbrahimli deyib. O, sosial şəbəkələrdə ona yazılan şərhlərdən danışıb:
“Biri paylaşımlarıma gah yaxşı, gah da pis söz yazır. Psixoloji təsir göstərir. Oxuyuram, amma cavab yazmıram. Elə bilirəm ki, keçmiş tanışlarımdan biridir. Çünki çoxunu düz yazır. Bir də görürsən üst-üstə düşür”.
Bir sosial şəbəkə istifadəçisinin “Sən Günay İbrahimlisən, niyə özünü Damla kimi aparırsan” şərhinə müğənni bunları söyləyib:
“Heç oxşamırıq. Əlaqəmiz yoxdur. Münasibətimiz yaxşıdır. Damla yaxşı qızdır. Kimsə ilə işi olmaz, başını aşağı salıb işi ilə məşğuldur. Onun səhifəsindəki şəkilləri bəyənmirəm. O, özünü tapmalıdır, hiss etməlidir”.