Olay
Olay

Oktayla canlı yayıma çıxması müzakirə yaratdı

Oktayla canlı yayıma çıxması müzakirə yaratdı

Tanınmış influenser Aysel Şükürün keçmiş həyat yoldaşı Oktay Əliyevlə “TikTok”da canlı yayıma çıxması müzakirələrə səbəb olub.

OLAY yazır ki, sosial şəbəkə istifadəçiləri onların barışdığını, yenidən ailə olacaqlarını zənn edib. Şərhlərdən və yanlış anlaşılmadan sonra Aysel Şükür İnstaqramda bununla bağlı açıqlama yayıb:

“Əziz dostlar, izləyicilər, Oktayla boşana bilərik, amma düşmən deyilik. Qələt etdik “TikTok”da canlıya qoşulduq, hamı dayanmadan yazır ki, barışmısınız filan. Düşmən deyilik, övladlarımız var. Oqtayın da artıq öz həyatı var, mənim də. Xahiş edirik, bundan başqa mənalar çıxartmayın. “Barışın” filan belə şeylər yazmayın, adam peşman olur canlı açmağına...

Allah Oktayı xoşbəxt eləsin!”.

Qeyd edək ki, cütlük 2020-ci ildə boşanıb. Onların bu nikahdan iki övladı dünyaya gəlib.