Olay
Olay

“Bədxah qonşularımız belə mahnılarıma xoş sözlər yazırdı”

“Bədxah qonşularımız belə mahnılarıma xoş sözlər yazırdı”

“Yenə “90-lar” layihəsindən danışmaq istəyirəm. Elnur Həsənov, Akif Hüseynov və başqalarının həyata keçirdiyi həmin layihədən sonra bədxah qonşularımız belə mahnılarıma xoş sözlər yazırdı. Bu o deməkdir ki, hətta onlar belə keyfiyyətli musiqiyə qulaq asırlar. Amma təəssüf ki, biz gedib ən pisini götürürük”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “7 canlı” verilişində deyib.

Eyni zamanda sənətçi məşhurların şəxsi həyatları ilə gündəmə gəlməkləriylə bağlı danışıb:

“Məni ən çox qıcıqlandıran şey məşhurların şəxsi həyatları ilə efirə gəlməsidir. Həmin o ifaçılar kütləni gözəl yerə də yönləndirə bilər. Belə olsa daha yaxşı olar”.