Olay
Olay

“Yaltaqlanaraq yaşamağı asan bilirik”

“Yaltaqlanaraq yaşamağı asan bilirik”

“Yadımdadır, o vaxtlar şou-biznes adamları nə deyirdilərsə, düşmənə yanaşılan aqressiya ilə yanaşılırdı. Xeyli vaxtdan sonra nə paylaşım olurdusa hamılıqla “şəhidə və qaziyə hörmət etmirsiniz, siz beləsiniz” deyirdiniz. Sənə qurban olum, şəhidim, var ol, qazim, Azərbaycanın oğulları!”.

OLAY yazır ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında paylaşıb. İfaçı özünü yandıraraq intihar edən qazi Elvin Cəfərov haqqında fikirlərini yazıb:

“İndi sualım sizədir. Hardasınız? Qazi bu gün haqqını tələb edir, döyüşdə olur və sonda ömürlük sağlamlığını itirir, yarı can qalmağa məcbur olur. Onun haqqı ayda 80 yox 10 min manat olmalıdır. Pis pisliyini onsuz da edəcək. Bəs, yaxşı sizə nə oldu? Ey millət, niyə, o qazilərin yanında dəstək olmadınız? Niyə sosial şəbəkələrdə “sənə qurban olum”, əməldə isə qıraqdan izləməyi seçdiniz? Dünənə qədər arxanda idik, amma bu gün bağışlayın, mənlik deyil? Millət necə tarac olur-olsun, nə işim var? Baxın, bu sözlər bu yurdun ömürlük kimliyidir! Günahı heç kimdə axtarmayın, günahkar elə özümüzük! Yaltaqlanaraq yaşamağı asan bilirik”.