Olay
Olay

İlk dəfə Emmiyə namizəddirlər

İlk dəfə Emmiyə namizəddirlər

Builki Emmi mükafatlarına bir neçə məşhur ilk dəfə namizəd olub.

OLAY-ın məlumatına görə, ən yaxşı televiziya mükafatı sayılan Emmidə bu il ödül qazanma şansını Selena Qomez, Endryu Qarfield, Sidney Suinni, Ho-Yeon Cunq, Lizzo və Li Cunq-cae də əldə edib.

“Squid Game”in ulduzu Li “Ən yaxşı dram aktyoru” mükafatı uğrunda yarışır.

“Under the Banner of Heaven”dakı çıxışına görə Endryu Qarfield “Ən yaxşı mini serial/televiziya filmi aktyoru” ödülünü qazana bilər.

Cunq Ho-yeonun isə “Squid game”dəki obrazı onu “Ən yaxşı ikincidərəcəli dram aktrisası” etmə ehtimalı var.

Sidney Suinni də bu nominasiya üzrə yarışır. İkinci isə mini serial və televiziya filmi kateqoriyası üzrə “Ən yaxşı aktrisa” mükafatıdır. Onu parladan obrazları isə “Euphoria” və “The White Lotus” seriallarındadır.

Selena Qomez isə “Ən yaxşı komediya serialı” mükafatına namizəd olan “Only Murders in the Building”in baş prodüserlərindən biridir.

Müğənni Lizzo isə ilk dəfə namizəd olmasına baxmayaraq 6 kateqoriya üzrə yarışdadır. Onun baş prodüseri olduğu “Lizzo’s Watch Out for the Big Grrrls” reality şousu “Ən yaxşı yarışma”, “Ən yaxşı iştirakçı seçimi”, “Ən yaxşı çəkiliş”, “Ən yaxşı rejissor”, “Ən yaxşı görüntü”, “Ən yaxşı səs” mükafatlarını qazana bilər.

Qeyd edək ki, “Lizzo's Watch Out for the Big Grrrls” 13 qadının eyni zamanda Lizzoya rəqqas olmaq üçün yarışdığı realiti-şoudur. Bu ilin martında “Amazon Prime”da yayımlanıb.