Olay
Olay

Qurdun üçüncü övladı doğuldu

Qurdun üçüncü övladı doğuldu

Azərbaycanlı reper Qurdun (Fərid Eminov) üçüncü övladı doğulub.

OLAY yazır ki, onun ötən gün qızı dünyaya gəlib. Bu barədə sənətçinin xanımı Leyla Namazzadə məlumat yayıb. O, instaqramda “12.07.2022” qeydini yazaraq ana olduğunu bildirib.

Bundan başqa, reperin özü də dostlarının yer aldığı məclisdən foto paylaşaraq “Qızımın doğum günü qeydi” şərhini yazıb.

Qeyd edək ki, bu, Qurdun ikinci evliliyidir. Onun birinci ailəsindən iki oğlan övladı var.