Olay
Olay

“Bu xalqın sevgi və rəğbətini qazanmaq çox ucuza başa gəlir”

“Bu xalqın sevgi və rəğbətini qazanmaq çox ucuza başa gəlir”

“Bir neçə il bundan qabaq 1-ci Qarabağ müharibəsi qazisi etiraz olaraq özünü yandıraraq intihar etmişdi. İzlədiyim sujetdə həmin aksiyada olan digər qazi isə, “bizim içimiz çoxdan yanıb, bədən də yansa nə olacaq ki?!” demişdi. Hazırda o alovu daxilində saxlayan neçə yüz və hətta minlərlə insan var. Xəbərimiz belə yoxdur”.

OLAY yazır ki, bu sözləri Amerikada yaşayan azərbaycanlı reper Orxan Zeynallı öz feysbuk hesabında paylaşıb. Sənətçi özünü yandıraraq intihar edən qazi Elvin Cəfərov haqda fikirlərini yazıb:

“Üzücü olan odur ki, o insanların tələbi və istəyi əslində çox xırda şeylərdən ibarətdir. Bir məmurun öz millətini sevməməsi çox pis şey olsa da, əsl faciə öz millətinə nifrət etməsidir. Səni əsir götürüb işgəncə verən adamın millətinə belə, vaxt keçdikcə aqressiyan azala bilər. Yaxşısı da var, pisi də var qənaətinə gəlmiş ola bilərsən. Di gəl ki, təmtəraqlı həyatını başları və çiyinləri üzərindən qurduğun insanlara niyə nifrət edəsən ki? Halbuki bu xalqın sevgi və rəğbətini qazanmaq çox asan və ucuza başa gəlir”.