ARB TV-də yayımlanan “Baldız" serialının 5-ci sezonu tamamlanıb.
OLAY yazır ki, ekran işinin çəkiliş meydançasından videonu aktrisa Xuraman Əlizadə paylaşıb.
Sözügedən kadrlarda Əlizadənin və Əməkdar artist Tünzalə Əliyevanın ( Toppuş bacı) ağladığı anlar yer alıb.
X. Əlizadə paylaşıma “Beş ildir ki, “Baldız” serialı evinizin qonağıdır. Düz 5 il sizin üçün çalışdıq. Simanızda gülüş yarada bildiksə, nə xoş bizə. Bütün kollektivə təşəkkürlərimi bildirirəm” sözlərini yazıb.