Olay
Olay

“Allah çörək qazandığım üzümü belə etdi”

“Allah çörək qazandığım üzümü belə etdi”

Əməkdar artist Kübra Əliyeva iflic olmasından danışıb.

OLAY yazır ki, o, bu barədə “Elgizlə izlə” proqramında açıqlama verib.

Aktrisa deyib ki, iflic olduğu zaman sənət fəaliyyətinin bitdiyini düşünüb:

“Ola bilər ki, stressim var idi. Bu hadisədən 15 gün əvvəl ata-anasız bir oğlanın toyunu etmişəm, ona xərc çəkmişəm, nişan aparmışam. Hava soyuq idi, həyəcanlandım, tərləyirdim. O günə qədər həkimə getmirdim. Ona görə üzüm belə olanda, bilmədim ki, hansı həkimə getməliyəm. Çox sağlam qadın idim. Qurban kəsib, payladım. Allah mənim çörək qazandığım üzümü belə etdi. Şəhərdən çıxıb getdim, Kürdəxanıda ev hazırladım, dedim yəqin ki, sənət fəaliyyətim bitdi. Məni rəhmətlik Siyavuş Aslan yenidən teatra qaytardı”.