Olay
Olay

“Qızım, yenə başımı uca etdin”

“Qızım, yenə başımı uca etdin”

Xalq artisti Nəzakət Teymurovanın qızı Nərgiz magistraturaya qəbul olub. 

OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. Qızı ilə fotosunu paylaşan xanəndə bu sözləri qeyd edib:

“Mənim gözəl qızım, Nigarım , yenə də üzümü ağ, başımı uca etdin . Yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistraturasına qəbul oldu. Yolun açıq və işıqlı olsun. Mən əminəm ki , bir sonrakı təhsil pillən - doktoranturan dünyanın qabaqcıl universitetlərində olacaq”.