Olay
Olay

Aynişan kimə söz atır?

Aynişan kimə söz atır?

“Bir influenser ki, digərlərinin təsiri altından çıxa bilmir, işi gücü yalnız onu “copy” etməkdirsə, o, gərək özünə başqa sənət tapsın. Özünə influenser deməsin, sadəcə, paylaşımlar etsin”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında ona gələn sualları cavablandırarkən influenser Aynişan Quliyeva deyib. 

“Çünki, sən arxanca ordu aparmalısan, təsir altına salmağı bacarmalısan, özün düşməməlisən. “Kimsə bunu uğurlu etdisə, mən də mütləq bunu təkrarlayım” deyə bir şey yoxdu. Əgər, sən dalğa yarada bilmirsənsə, deməli, o işıq sənə verilməyib. Bu işlər zorla deyil. Başqa işdə yüz faiz daha uğurlu olacaqsız”, - bildirərək sözlərinə əlavə edib.

Aynişan hekayə bölməsindəki “Blogerlərin dodaq şişirmələri, üzlərinə hədsiz çox prosedurlar edib, fotoşop etmələrindən bezmişəm” sözlərinə isə “Guya hansı xarici məşhur estetik müdaxilə etmir? Ürəyiniz gedən əksər xarici məşhurlar tanınana qədər milyon dəfə dəyişim edib. Gəlin, öz millətimizin hər addımını söz eləməyək”, - deyə, bildirib.