Əməkdar artist Ruhəngiz Musəvi ARB TV-də yayımlanan “Onun sirri” verilişinin qonağı olub.
OLAY yazır ki, sənətçi proqram zamanı ona ünvanlanan qızıyla bağlı sualı eşidəndə studiyanı tərk etmək istəyib.
İfaçı “Eks-qohumunuzla ailə quran qızınızın boşanma səbəbi nə idi” sualından narahat olub və danışmaq istəmədiyini bildirib.
Daha sonra Musəvi aparıcının təkidi ilə verilişdə qalıb.