Əməkdar mədəniyyət işçisi, Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanov arxivini yandırma səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə o, feysbuk hesabında məlumat yayıb.
Əmiraslanov bildirib ki, bu addımının bir neçə səbəbi var:
“Dostlar, bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram. Birincisi, insanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm. İkincisi, “National Geographic” kimi böyük bir resursda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm. Bunları yozmaq lazım deyil”.
Qeyd edək ki, T. Əmiraslanov ötən gün arxivini yandırdığı anları lentə alaraq paylaşıb. O bildirib ki, məhv etdiyi kitabları Milli Mətbəx Muzeyi üçün toplayıb.