Olay
Olay

“Qız övladını oxumağa qoymaram”

“Qız övladını oxumağa qoymaram”

“Soruşublar ki, qız övladını oxumağa qoyarsınız? Demişəm, yox. Çünki çox çətin sənətdir”.

OLAY yazır ki, bu sözləri “Həmin Zaur” verilişində müğənni Eldəniz Məmmədov deyib.

O, bu istəyinin səbəblərindən də söz açıb:

“Həm ailə sahibi olasan, övlad böyüdəsən, həm də studiyaya gedib mahnı yazdırasan, evdə yemək bişirəsən... Ona görə xanım ifaçıların işi çox çətindir. Mənim fikrim buna görədir. Görürəm ki, necə əziyyət çəkirlər”.