Olay
Olay

Cəmilə və oğlu koronavirusa yoluxdu

Cəmilə və oğlu koronavirusa yoluxdu

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə və oğlu koronavirusa yoluxub.

OLAY yazır ki, bu barədə aktrisa sosial media hesabında məlumat yayıb.

C. Tağızadə paylaşıma “Bütün dünya Covid ilə vidalaşanda biz də oğlumla ona yoluxduq! Yaman axmaq xəstəlikdir, özünüzü qoruyun! Artıq bir həftədir. Çox ağır keçirdirik, indi biraz toparlanmışıq. Ümid edirəm ki, böyük fəsadları olmaz. Koronavirusa yoluxanlar nə yeyib-içdiz? Nə məsləhət görürsüz?”, şərhini yazıb.

Qeyd edək ki, o, 2017-ci ildə türk olan Murat Təmiz adlı bəylə ailə qurub. Cütlüyün Abdulla Cəsur adlı oğlan övladı var.