Olay
Olay

Röya qardaşının toyundan video paylaşdı

Röya qardaşının toyundan video paylaşdı

Xalq artisti Röya Ayxan qardaşı İsmayılın toyundan görüntülər paylaşıb.

OLAY yazır ki, pop ulduz həmin kadrları instaqram hesabında yayıb.  Röya bildirib ki, toyda dostlarının böyük əziyyəti olub və buna görə də, hər kəsə təşəkkür edib.

Bildirək ki, toy ötən gün Bakının dəbdəbəli restoranlarından birində baş tutub.  Məclisi idarə edən Əməkdar artist Abbas Bağırov və Xalq artisti Ənvər Sadıxovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblı olub.

Tədbirin aparıcılığı Nəsib Nura həvalə olunub.  

Qeyd edək ki, İsmayıl Nəcəfov Cansu adlı xanımla ailə qurub.