Fotosessiya
Fotosessiya

Röya qardaşının nişanında niyə yox idi?

Röya qardaşının nişanında niyə yox idi?

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxanın müğənni qardaşı İsmayıl Nəcəfov nişanlanıb.

OLAY yazır ki,  o, Cansu Sancak adlı xanımla münasibətlərini rəsmiləşdirmək yolunda ilk addımı atıb. 

Nişan mərasimi C. Sancakın ailəsinin yaşadığı Van şəhərində baş tutub.

Məclisdə R. Ayxanın atası Yaqub Nəcəfov, anası Telli, qardaşı Ayxan və yaxın qohumlar iştirak edib.  

Nişanda Xalq artistinin yer almaması isə suallar yaradıb.  

Türkiyədə soyuq hava şəraiti və güclü qarın yağması uçuşların dayanması ilə nəticələnib. Bu səbəbdən pop ulduz qardaşının nişanında iştirak edə bilməyib.