Olay
Olay

Haşımovanın göz yaşları dinmir...

Haşımovanın göz yaşları dinmir...

Türkiyənin məşhur aktyoru Cüneyt Arkının vəfatından 9 gün keçsə də, Əməkdar artist Aybəniz Haşımovanın göz yaşları dinmir.

OLAY yazır ki, sənətçi onunla bağlı paylaşımlar etməyə davam edir. A.Haşımova ötən gün isə yeni mahnısını Cüneyt Arkına həsr etdiyini bildirib:

“Neçə gündür bu xəbər məni özümdən alıb və bilmirdim ürəyimi necə soyudum. Sanki heç yerə getmədin, yer üzündəsən, bəs niyə yer üzü birdən boşaldı? Elə bil onu sevənləri çökdürdü, bütün ölkəni ayağa qaldırdı. Onu yaxından tanıyan hər kəs belə deyir: Kişi adamıydı! Sözünə, əməlinə bütöv! Neçə gündür onun üçün ürəyim ağlayır, qəlbim sızlayır. Bilirəm, bir müddət sonra onun da yoxluğuna alışacağıq. Amma bir həqiqət var. O bir də geri gəlməyəcək. Biz isə sənətkarını daim uca tutan xalqa təşəkkür edirik! Allah sizi qorusun!”.