Olay
Olay

Gülyanaq Elzaya ismarıc göndərdi

Gülyanaq Elzaya ismarıc göndərdi

Xalq artisti Gülyanaq Məmmədova öz problemlərini ictimaiyyətə yansıdan məşhurları tənqid edib.

OLAY yazır ki, bu barədə sənətçi “Maqazin Plus”a danışıb: “Bizim də həyatımızda yolunda getməyən şeylər olur. Amma, mən heç vaxt öz sıxıntılarımı dinləyicilərə yansıtmamışam. Yalnız öz sənətimlə ictimaiyyətin marağını cəlb etmişəm, şəxsi problemlərimlə yox”.

G. Məmmədova Əməkdar artist Elza Seyidcahanın da efirə çıxıb kömək istəməsinə fikir bildirib: “Kiməsə yük olmaq lazım deyil. Heç kəs bilmir ki, insanlar öz daxilində nələr yaşayır. Hamı başını aşağı salıb öz işini görür. “

Muğam ifaçısı E. Seyidcahanın efirdə Gülyanaq və Gülyaz bacılarından da kömək ummasına reaksiya verib: “Biz yardım etmədik. İmkan olan yerdə kömək edərlər. Yalandan nə deyim? İmkanım yox idi”.