Olay
Olay

Coni musiqiçi əmisi ilə... - Video

Coni musiqiçi əmisi ilə... - Video

Ötən gün Bakıda konsert proqramı ilə çıxış edən Coni (Cahid Hüseynli) məşhur musiqiçi olan əmisi Xanhüseyn Hüseynovla bağlı paylaşım edib.

OLAY yazır ki, o, əmisi ilə videosunu instaqramda paylaşıb.

“Bu mənim əmim Xanhüseyn Hüseynovdur. Dünən vətənimdə verdiyim konsertdə onun mahnısını oxudum, özü də bəyəndi. O, çoxlu xit mahnı yazıb. İlk səsyazmanı 1980-ci illərdə Araz İsgəndər Ağalarovun studiyasında edib. Təsadüfdürmü? İkimiz də fevralın 29-da anadan olmuşuq. Həm də musiqini, ifa etməyi və yaratmağı sevirik. Bir növ möcüzədir. Bu yaşında da səsinin şirinliyi qalıb”, - deyə, Coni bildirib.

Qeyd edək ki, sənətçi konsertdə əmisinin “Sən şamsan əgər” mahnısını oxuyub.