Olay
Olay

“Pul deyilsən ki, hamı səni sevsin”

“Pul deyilsən ki, hamı səni sevsin”

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkələrdə ona mənfi rəy yazanlara cavab verib.

OLAY yazır ki, bununla bağlı sənətçi video-müraciət edib.

Ağayeva ona pis rəy yazan izləyicilərə təşəkkürlərini çatdırıb:

“Mənim postlarımı və videolarımı görüb qıcıqlananlara, “hater”lara ( neqativ şərh yazanları nəzərdə tutur - Red.) təşəkkür edirəm ki, reytinqə işləyirlər. Həm də  pulsuz və təmənnasız. İnsanlar reklam üçün böyük pullar xərcləyir. Mən isə gözümün ucu ilə baxıram, çünki rəyləri oxumağı sevmirəm. Özü də heç nəyi silmirəm. Bir vaxtlar silirdim, indi deyirəm ki, ürəklərini boşaltsınlar.

Bir söz yadıma düşdü, deyir ki, haqqımda neqativ rəy yazanlara təşəkkür edirəm. Halbuki onların adını bilmirəm, özlərini tanımıram. Eynən mən də belə düşünürəm. Fikirləşdim ki, buradan təşəkkür edim. Tanınmışlar haqqında milyon fikir yazırlar. Sən hamının sevimlisi ola bilməzsən. Bu belə də olmalıdır, çünki zövq məsələsidir. Deyir, pul deyilsən ki, hamı səni sevsin”.