Olay
Olay

Elnar 3-cü dəfə evlənməyə hazırlaşır

Elnar 3-cü dəfə evlənməyə hazırlaşır

Müğənni Elnar Xəlilov evlənməyə hazırlaşır. 

OLAY yazır ki, bu barədə o, “MTV Maqazin”ə açıqlama verib. 

Elnar deyib ki, bu dəfə valideynlərinin seçim etməsini istəyir:

“Gördüm ki, mən tez bağlanıram, seçimdə yanılıram, gözüm “kor” olur. Sonra bu saxta hisslərin sevgi olduğunu düşünürəm. Amma sən demə, yalnız bağlılıq imiş. Ona görə valideynlərimin seçim etməsini istəyirəm”.

Qeyd edək ki, Elnarın ikinci evliliyi üç il əvvəl bitib. O, şairə Aysel Nəcəfli ilə ailəli idi.