Əməkdar artist Coşqun Rəhimov fəxri adlarla bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb.
Belə ki, aktyor aparıcı Zaur Baxşəliyevin “Elə sənətçilər var ki, tez tükənirlər. Məsələn, fəxri ad aldıqdan sonra , görürsən ki, o adam yoxdur. Gedir, oturur evdə, ya da başqa işlə məşğul olur. Deyir, Xalq artisti adına layiq görüldüm, bəsdir” fikirlərinə münasibət bildirib.
“Verirlər ki? Bizə də ad verməlidirlər, görək da”, - deyə, Rəhimov vurğulayıb.
Əməkdar artist Rafael İskəndərov isə “Biz hələ yetişməmişik” deyərək Coşquna cavab verib.