Olay
Olay

“Toyuma 1 həftə qalmış nişanlım şiddət göstərdi”

“Toyuma 1 həftə qalmış nişanlım şiddət göstərdi”

Əməkdar incsənət xadimi Məlahət Abbasova haqqında yayılan dedi-qodulara münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, Nail Naiboğlunun “Qırmızı” layihəsində danışıb.

Aktrisa həyat yoldaşı ilə tanışlığından, keçmiş nişanlısı ilə ayrılma səbəbindən də söz açıb:

“Artıq 30 il keçib. Bir ailəmiz, mənim özüm boyda oğlum var. O, evlənsə, nənə olaram. Bilmirəm, indi bunu danışmaq nə qədər düzgündür. Bəli, Türkiyəyə gedəndə nişanlı idim. Amma... Burda çıxan dedi-qodular doğru deyil. Guya toya bir həftə qalmış getmişəm. Yox, belə deyil. Sadəcə qismətdir. Bizim həmin şxəslə toyumuz dörd dəfə ləğv olundu. Müəyyən səbəblər, qısqanclıqlar var idi. Məncə, Türkiyəyə getməsəm də, biz ayrılacaqdıq. İndiki həyat yodlaşımla da orada tanış olmuşam. Biz evlənəndə iki ay yarım idi ki, tanış idik. Bizi qaynım tanış  etdi, onlar Bakəya gələndə ailəlikcə görüşmüşdük. Qaynım özü iş adamıdır.  O, məni çox istəyirdi. Dedi ki, bir yaraşıqlı qardaşım var. Mənim üçün bir az sıxınıtılı dönəm idi. Qərar verməkdə çətinlik çəkirdim. Teatrdan dostlarla məsləhətləşdim. Ailəmin bu işə reaksiyası pis oldu Hətta atam məni bir müddət danışdırmadı”.

Sənətçi toyuna 1 həftə qalmış teatrın qarşısında keçmiş nişanlısının fiziki zorakılığına məruz qaldığını da etiraf edib:

“Toyuma 1 həftə qalmış nişanlımdan şiddət görmüşəm. Bunun üstündən çox ilıər keçib. Bir işin içində şiddət varsa, yaxşı olmur. Bəlkə də mənim qırıldığım nöqtə o idi. Əslində orada bitmişdi, sadəcə davam edirdi. Azərbaycanda qalsam, sənətə davam etməyəcəkdim. Çünki qarşı tərəfin mənə şərtləri vardı. Həyatımın ən kədərli və yorğun vaxtları idi. Həmin dövr məndə travma yaratdı. Qadına şiddətlə bağlı yazılar oxuyuram. O prosesi yaşadığım üçün həmin qızlara kədərlənirəm. Bir tərəfdən də nəsə edə bilmirsən. Çünki Azərbaycanda mentalitet var, nişan qayıda bilməz və sairə”.