Son zamanlar müğənni Hisslə (Röya Məmmədova) qalmaqalda adı hallanan reper Aslixanın növbəti duet ortağı influenser və iş xanımı Nigar Fərhad olub.
OLAY yazır ki, yeni layihə üçün hazırlaşan ikili ilin xitinə imza atacaqlarına əmindirlər və klipi ölkə xaricində lentə alacaqlar.
Bunun üçün kifayət qədər büdcə ayıran Nigar, artıq hazırlıq işlərinin bitdiyini açıqlayıb:
“Bu günədək bir çox sahədə özümü sınamışam və dünyamiqyaslı uğurlara imza atmışam. Bu duetimizlə də ölkə musiqi tarixində yenilik edəcəyimizin proqnozunu verə bilərəm. Çünki layihə üzərində müxtəlif ölkələrdən bir çox dünyaşöhrətli mütəxəssislər çalışır. Peşəkarlıqla yanaşılan bir iş heç vaxt pis nəticə verə bilməz”.