“Dəyirman” qrupunun keçmiş solisti, müğənni ABD Malikin pulu oğurlanıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat verib.
Qeyd olunub ki, ifaçının bank kartından qeyri-qanuni yolla pul çıxarılıb: “Mənim profilimin adından, ya da ona oxşar adlarla sizə dostluğa sorğu gələ bilər. Açmayın. İçində videofayl açaraq kartımdan 546 manat oğurladılar”.