Türkiyənin məşhur rok qrupu “Mor ve ötesi” 25 dekabrda Bakıda səhnəyə çıxacaq.
OLAY-ın əldə etdiyi məlumata görə, onlar paytaxtımızda çıxış üçün 30 min dollar ( təxminən, - 51 min manat) qonorar tələb ediblər.
2 saatlıq səhnəsi planlaşdırılan qrupun konsert biletlərinin qiyməti 55-200 manat arasında olsa da, artıq tükənmək üzrədir.
Qeyd edək ki, “Mor ve ötesi” 2008-ci ildə “Eurovision”da Türkiyəni “Deli” mahnısıyla təmsil edib. Qrup indiyədək saysız konsertlər verib.