Olay
Olay

“Niyə müsəlman leksikası ilə oxumursan?”

“Niyə müsəlman leksikası ilə oxumursan?”

“İtalyan əsərləri oxuyurduq. Gördüm ki, çörək pulu qazana bilmirəm, klassik estradaya keçdim”.

OLAY yazır ki, bu sözləri “Xəzər axşamı” verilişində Əməkdar artist Teymur Əmrah deyib.

O, bəzi gənc ifaçıları oxuma tərzlərinə görə tənqid edib:

“Bizim estrada belədir ki, yalnız Azərbaycan koloriti deyil. Avropa musiqisi mili musiqinin sintezidir. İndi oyanmışam ki, gələcək 5 ildə bu təbliğatı aparmalıyam. İtaliya özü üçün dünyanın musiqi beşiyidir, imzasını qoyub. Hər bir xalq İtaliya kimi musiqisini reklam etməlidir. Türkləri niyə sevirəm? İtaliyaya deyir, sən mənə qulaq asacaqsan.

Bəzi qız qrupları var, oxuyurlar.  Deyirlər, “Sən məni atdin, getdin”. Soruşuram ki, bu aksentlə ifa etməklə, özünüzü ziyalı hesab edirsiz? Sən niyə müsəlman leksikası ilə ifa etmirsən? Bütün gənc ifaçılara deyirəm ki, klassik musiqi gözəldir.  Sadəcə öz musiqimizlə - muğam və aşıq yaradıcılığı ilə dünyaya çıxmalıyıq”.