Olay
Olay

Zaur iranlı müğənnini efirdən qovdu

Zaur iranlı müğənnini efirdən qovdu

Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub.

OLAY yazır ki, “Həmin Zaur” proqramında qonaq olan ifaçı ilə Zaur arasında mübahisə yaranıb.

“Biz sizi İranda sevdikləri üçün qonaq çağırırıq. Məsələn, bu küçədə gün sorğu etdik, mahnınızı eşidiblər, amma sizi tanımırlar. Efirdən kənar mənimlə fərqli danışdınız. Dediniz ki, Ali Pormehr, digər müğənni yanımda kimdir? İranda zalları dolduraram”, - deyə Zaur vurğulayıb.

Afşin isə “Bu, iki kişi arasında olan söhbətdir”, - deyə, Zaura etiraz edib.

Aparıcı “Axı bu, kişilikdən deyil ki, o söhbəti edəsən. Səni efirdən çıxaracam, bir də verilişimdə olmayacaqsan. Bütün müğənniləri efirə çağırıram. Həmişə İrandan gələn qonaqlara qucaq açmışıq. Orada bizi çox sevirlər, hörmətimiz var. Amma siz efiri tərk edəcəksiniz”, - deyərək müğənnini qovub.