Olay
Olay

“Məni toydan qaçırtmaq istədilər”

“Məni toydan qaçırtmaq istədilər”

“Heç vaxt klipim olmayıb.  Elə oxumuşam ki, hamı bilib ki, varımdır. Fikirləşmişəm ki, hər çıxışım bir konsertdir. Musiqiyə obraz verə bilmişəm, sözləri tamaşaçıya çatdırmışam. Bu dəfə bir neçə rejissorla danışmışam. Bir klip çəkdirmək niyyətindəyəm”. 

OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova “Səhər Mərkəzi” proqramında qonaq olarkən deyib. Sənətçi yaradıcılığından, şəxsi həyatı və səhhəti barədə danışıb.  

“Səsimlə bağlı böyük dərd yaşayırdım. İnsanları başa sala bilmirdim ki, gecə yata bilmirəm, boğuluram. Həkimimə təşəkkür edirəm. Bronxlarımda problem yaranmışdı. İçi dolu su olan kisələr yaranmışdı. Qorxulu bir şey yox idi. Sadəcə üstünə tez düşmək lazım idi. 7-8 il bu bəlanı çəkirdim. İki gün əməliyyata gec getsəydim, məhv ola bilərdim”, - deyə ifaçı bildirib.  

M. Əsədova səsinə görə ona aşiq olanların çox olduğunu qeyd edib:

“Məni toydan qaçırtmaq istədilər. Bir müğənni var ki, bunun şahidi olub. Toyda oxuyarkən belə addım atmaq istəyib. Elçi gələn, aşiq olan, söz göndərən də olub.  Müğənni olduğum üçün çox peşmanam. Təqdimatdan çox şey aslıdır.  Məni düzgün təqdim etmədilər. Obraza girməyi sevmirəm, təbii xanımam. Necə özümü göstərirəmsə, deyirlər ki, yamanam! Rola girməsən, səni qəbul etmirlər. Dövr dəyişib. Mən rola girməyi bacarmıram”.