Olay
Olay

“Səhifəmdən şəkil götürmək mediaya tam bağlıdır”

“Səhifəmdən şəkil götürmək mediaya tam bağlıdır”

Qurd ləqəbi ilə tanınan məşhur repçi Fərid Eminovun xanımı Leyla Eminova müzakirələrə səbəb olacaq açıqlama verib.

OLAY yazır ki, pianoçu 32 mindən izləyicisi olan instaqram səhifəsində post paylaşaraq KİV-in onun görüntülərindən istifadə etməsinə qadağa qoyub. 

O, ictimaiyyətə açıq olan səhifəsindən hər hansı bir post götürülməsinə icazə vermədiyini qeyd edib: 

“Mənim səhifəm ancaq mən və izləyicilərim üçündür. Bu ölkədə məişətdən başqa yazılacaq çox şey var. Bir az buna köklənin. Səhifəmdən şəkil və video götürmək mediaya tam bağlıdır”.

Qeyd edək ki, L. Eminova bir neçə aydan sonra ana olacaq.