Olay
Olay

“Atam dedi ki, Yaşar Nurinin qızlarından birini bəyən, elçi gedim”

“Atam dedi ki, Yaşar Nurinin qızlarından birini bəyən, elçi gedim”

Aparıcı Zaur Kamal mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı maraqlı açıqlama verib.

OLAY yazır ki, bu barədə o, aparıcısı olduğu “Həmin Zaur” proqramında danışıb.

Zaur verilişində qonaq olan aktyorun qızı Ülkərə “Universitetdə Yaşar müəllim mənə dərs deyirdi. Ondan çox qorxurduq, zəhimli adam idi. O vaxt atam dedi ki, Yaşar müəllimin iki qızı var, bax, birini seç, elçi gedək. Bu söhbəti ilk dəfə deyirəm. Söylədim ki, mən qələt edərəm, o qapıya gedərəm”, - deyə bildirib.

Ülkər isə bu məsələdən xəbərdar olmadığnı, ilk dəfə eşitdiyini söyləyib.