Olay
Olay

“Yumruq vurub deyə bilərəm ki, yemək bişirmirəm”

“Yumruq vurub deyə bilərəm ki, yemək bişirmirəm”

Aparıcı-aktyor Şəhriyar Əbilov aktrisa xanımı Oksana Rəsulova ilə münasibətlərindən danışıb.

OLAY yazır ki, bu barədə o, “Telesəhər” verilişində söhbət açıb. 

O, “Oksana sizi kimə qısqanır” sualına “Heç kimə qısqanmır. Bizim aramızda çox yaxşı münasibət var, bir-birimizə hörmət edirik, düzgün başa düşürük. Ona görə bir-birimizi qısqanmırıq. O, heç vaxt  məni qısqandığınıbildirməz. Elə suallar verər, istədiyi cavabı alar, analiz edər. Sonda anlayar ki qısqanmağa səbəb yoxdur”,- cavabını verib.

“Evinizə, yaxud da verilişinizə zəhləniz gedən qonaq gələndə nə edirsiniz” sualını isə “Zəhləmiz getsə də, deyəcəyik ki, xoş gəlmisiniz”, - deyə cavablayıb.  

Evdə yeməyi kimin bişirdiyini soruşan izləyiciyə Şəhriyar həm özünün, həm də Oksananın bu işlə məşğul olduğunu söyləyib:

“Burada yumruğumu vurub deyə bilərəm ki, yemək bişirmirəm. Hərdən bişirirəm. Bir az da keçsə, heç bişirmərəm (gülür). Evdə mən olanda mən, xanımım olanda o bişirir. Anam bizdədirsə, yeməyi o, hazırlayır. Anamın yeməyinin yerini heç kim vermir”.

“Evlilik, ya subaylıq” sualını isə Şəhriyar belə cavablandırıb:

“Bu suala necə cavab verim? Desəm, subaylıq sultanlıqdır, axşam evə gedə bilməyəcəm. Evli olanda hörmətlə, izzətlə balanı qoxlayıb, ailə sahibi olmaq lazımdır. Subay olduğun zaman isə subaylığı yaxşı yaşamalısan”.