Olay
Olay

Kendall Cenner sevgilisindən ayrıldı

Kendall Cenner sevgilisindən ayrıldı

Dünyaca məşhur model Kendall Cennerin basketbolçu sevgilisi Devin Bukerdən ayrıldığı iddia edilir.

OLAY yazır ki, 2020-ci ilin iyunundan münasibətdə olan cütlük münasibətlərini nisbətən gizli tutsa da, ara-sıra media tərəfindən görüntüləniblər. Onlar ötən il daha çox ictimaiyyətin qarşısına çıxıblar.

Qeyd edək ki, Kendallla Devinin ayrıldığını bildirən mənbə onların yenidən barışma ehtimallarının olduğunu da söyləyib.