Nə qədər tək qalmağı xoşlasanız da, insanlar şüurlu təklik seçiminizə qərəzlə yanaşa bilərlər. Qadınların həyat yoldaşı olmadan tam olmadığı fikrinə son qoymağa çalışan məşhur simalar aktiv şəkildə münasibət axtarışı etməmək qərarlarını açıqlayıb.
Yalnızlığı qəbul etmiş və müdrikliyini dünya ilə bölüşməkdən çəkinməyən 10 məşhur qadınla tanış olun!
OLAY-ın hazırladığı siyahıda birinci Selena Qomezdir.
Müğənni kimliyi ilə yanaşı, öz brendi olan Selena 2020-ci ildə verdiyi müsahibədə “Həyatda öyrənmək istədiyiniz başqa bir şey varmı” sualını belə cavablandırıb:
“Mən getdikcə özümlə daha rahat oluram. Bu fikrə gəlmək üçün illərlə çalışdım. Təkəm və yaşlandıqca bu hiss azalır. Demək olar beş ilə yaxındır ki, subayam. Bunun mənim üçün çox vacib olduğunu düşünürəm”.
Helli Berri!
Helli son müsahibəsində 2016-cı ildə fransız aktyor Olivier Martinez ilə evliliklərini bitirdikdən sonra çox daha xoşbəxt olduğunu və yeni münasibət əvəzinə uşaqlarında təsəlli tapdığını açıqlayıb.
“Övladlarımla vaxt keçirməklə çox şey öyrəndim. Deyə bilərəm ki, üç ildir təkəm. Mən çox münasibət yönümlü insanam, həmişə kiminləsə olmaq istəyirəm. Amma qərara gəldim ki, indi təkbaşına qalacağam”.
Məşhur aktrisa başqa bir müsahibəsində isə etdiyi bənzətmə ilə insanları güldürüb:
“Mənim üçün sevgili tortdakı albalıdır. Amma mən tortam və tort albalı olmasa da, çox gözəldir!”
Treysi Ellis Ras!
49 yaşındakı aktrisa verdiyi müsahibələrdə özəl həyatı ilə bağlı sualların çoxunda subay və xoşbəxt olduğunu deyir. Pandemiya dövründə “özünə sevgi”ni tapdığını vurğulayan Ellis özüylə dostluğundan çox həzz aldığını və özü ilə bütünlükdə bir təcrübə yaşamaqdan məmnun olduğunu söyləyib.
“Mən xoşbəxtəm ki, subayam, əlbəttə ki, bu, münasibətə açıq deyiləm mənasına gəlmir. Ancaq subaylıq təcrübələrim göstərdi ki, mənim təkliklə məhsuldar münasibətim var və özümlə olmaqdan həqiqətən də həzz alıram”, - deyə sənətçi vurğulayıb.
Emma Vatson!
“Harry Potter” seriyasının uğurlu siması Emma Vatson cəmiyyətin qadınlara yaşla müəyyən mərhələlərə çatmaq üçün qoyduğu təzyiqin onu stresli və narahat bir insana çevirdiyini açıqlayıb. “Ev tikməmisiniz, yoldaşınız, körpəniz yoxdur və 30 yaşınız tamam olur. Əgər karyeranızda inanılmaz dərəcədə təhlükəsiz və sabit bir yerdə deyilsinizsə, sizin üçün narahatlıq var”, - deyə, Emma bildirib.
“Harri Potter”dakı tərəf müqabili Tom Feltonla görüşdüyünə dair israrlı söz-söhbətləri qəbul etməyən aktrisa, özü ilə bağlı deyilənlərə, subay və xoşbəxt olduğunu bildirib.
“Uzun zaman keçdi, amma subay olduğum üçün xoşbəxtəm. Mən bunu öz-özünə tərəfdaşlıq adlandırıram”, - deyə, aktrisa vurğulayıb.
Fren Dreşer!
1999-cu ildə 21 illik həyat yoldaşından boşanan və Hollivudda bəlkə də ən çox danışılan ayrılıqlardan birini yaşayan Fren Dreşer sevgini özündə tapdığını etiraf edib:
“Düşünürəm ki, asılı olmamaq, tənha olmaqdan və ya özüm üçün bir şey etməkdən qorxmamaq üçün şüurlu şəkildə çalışmalıyam. Fikrimcə, keçdiyim boşanma prosesi aşmalı olduğum böyük bir maneə idi. Özümlə baş-başa olmaq gözəl səyahətdir. Özümlə münasibətdə olduğum üçün artıq başqasına ehtiyac duymuram və hər şey yaxşı gedir”.
Cenueri Cons!
Cenueri Cons hesab edir ki, sevgili olduğu şəxs münasibətə dəyər verməli və uzunmüddətli sevgi üçün ona töhfə verməlidir.
“Mən sevgili axtarıram? Bəlkə də. Özümü bədbəxt və ya tək hiss etmirəm. Partnyorum elə gözəl insan olmalıdır ki, həyatımda ona sevə-sevə yer verim. Haqqında danışdığım insan məni xoşbəxt edəcək, onu əlimdən almayan biri olmalıdır”.
Dayen Kiton demək olar ki, heç vaxt münasibətlərinin statusunu müəyyən etməyə imkan verməyən insanlardan biridir:
“Gəncliyimdə ölənə qədər birlikdə yaşayacağım insanı tapacağıma inanırdım. Bu mifə gülünc şəkildə inandığımı xatırlayıram”.
Mayndli Kelinq
Hollivudun ən uğurlu karyeralarından birinə sahib olan Mayndli Kelinq ötən illərdə münasibət axtardığını, lakin indi tək və xoşbəxt olduğunu söyləyib:
“20 yaşlarımda mən yalnız uşaq yox, münasibət və evlilik dəlisi idim. İndi isə demək olar ki, əksinədir, mənim işim çox faydalıdır və mən bu mövzuda çox eqoistəm. Sevinirəm ki, evə gedib kiminsə necə gün keçirdiyini soruşmaq məcburiyyətində deyiləm”.
Hazırda Co Elvin ilə xoşbəxt münasibətdə olan Teylor Svift münasibətdə olmamağı tənhalıqla müqayisə etmədiyini bildirib.
“Tək olmaq tənha olmaql eyni şey deyil. Mən təkliyi ucaldan şeylər etməyi sevirəm. Gözəl qoxulu bir şam alıram, işıqları azaldıram və həzin mahnılardan ibarət pleylist qoşuram. Cümə gecəsi tək qalanda bunu tək əylənmək üçün fürsət kimi görsəniz, sizdən xoşbəxti olmaz!”.
Cennifer Eniston!
Ailənin və dostların yeni münasibət tapmaq üçün təzyiqi sizə ağır gələ bilər. Lakin Cennifer Aniston üçün 2005-ci ildə Bred Pittdən ayrıldıqdan sonra bu təzyiq demək olar ki, dünyanın hər yerindən gəldi. 2016-cı ildə verdiyi müsahibədə karyerasının böyük bir hissəsində onu təqib edən paparatsiya üzvlərini hədəfə alıb və özü ilə xoşbəxt olduğunu açıqlayıb:
“Qadınlar bilirlər ki, uşaq sahibi olmaq üçün bir kişi ilə kifayətlənmək məcburiyyətində deyillər və zaman keçdikcə bunu daha çox başa düşürlər. Zaman dəyişdi və biz əbədi olaraq xoşbəxt olacağımıza özümüz qərar veririk”.