Meyxanaçı Namiq Qaraçuxurlu ad çəkmədən bəzi şou nümayəndələrini tənqid edib.
OLAY yazır ki, Namiq bu barədə “O kimdir?” verilişində danışıb.
Sənətçi deyib ki, bu sahədə hər kəs bir-birini yaxşı tanıyır: “Şou-biznesin 90 faizi utanmadan “oynayanlardır”. Bu cameada hamı bir-birinin iç üzünü bilir. Camaat qarşısında isə özlərini fərqli aparırlar. Hamı bilir ki, bu, ora necə gəlib və necə davam edir. Lakin efirdə utanmazlıq edirlər. Görünür, bu da bir istedaddır”.