Olay
Olay

Aqildən narkotik etirafı

Aqildən narkotik etirafı

Rejissor Aqil M. Quliyev narkotik istifadə etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

OLAY yazır ki, bu barədə sənətçi “O Kimdir?” verilişində danışıb.

Aqil ilk dəfə narkotik istifadə etdiyini etiraf edib:

“Çıxın şəhərə, 50 yaşına çatıb, narkotik görməmişəm deyən kişi tapılmaz. Biz Bakıda böyümüşük, təbii ki, görmüşük. Heç nəyə vərdiş etmirəm. Nə insanlara, nə də sevgililərə. Asılı olduğum bir şey var, o da peşəmdir. 36 gün həbsdə oldum. 30 gününü tək keçirdim. Ən xoşbəxt günlərim idi. Tək olanda öz fikirlərini eşidirsən, telefon rabitə olmur”.