Olay
Olay

“Ev xanımı olmaq mənim yolum deyildi”

“Ev xanımı olmaq mənim yolum deyildi”

“Stabil maaşla ofis işi görmək və ya ailə qurub ev xanımı olmaq mənim yolum deyildi. Hadisələrin inkişafı üçün iki mümkün yol müəyyən etdim - aktrisa olmaq və ya oxumaq. Seçim sonuncu oldu”.

OLAY yazır ki, bu sözləri HİSS “The Most” jurnalına müsahibəsində deyib.  Gənc ifaçı pozalar verdiyi dərgiyə dərgiyə yeni albomu, Türkiyədəki fəaliyyətindən danışıb.

“Mahnılarım bir az sərtdir, ona görə də videolardakı görüntülər uyğun gəlir. Həyatda çox səmimiyəm, amma insanları çox nadir hallarda mənə yaxın buraxıram. Mən ayrılığa və bir qədər məsafəyə üstünlük verirəm. Tanışlarım çoxdur, amma dostum azdır. Bunlar hələ mən populyarlıq qazanmamışdan əvvəl yanımda olan insanlardır”,- deyə sənətçi bildirib.

O, dünya ulduzu olmaq niyyətində olduğunu açıqlayıb: “Rihanna olacağıma inanmıram, amma Azərbaycan müğənnisi kimi dünya səhnəsində tanınmaq indi qarşıma qoyduğum zirvədir. Başqa bir arzu isə çoxmilyonluq tamaşaçı qarşısında öz ana dilində mahnı oxumaqdır”.