Meyxanaçı Aqşin Fatehin barmağı zədələnib.
OLAY yazır ki, bu barədə “Həmin Zaur” proqramında danışıb.
Verilişə əli sarğıda çıxan sənətçi deyib ki, hadisə yeni açdığı restoranda baş verib.
Aqşin dava edən şəxsləri ayıranda xəsarət alıb: “Davanı ayıranda barmağım boğazına ilişdi. Əslində axşam həkimə gedəcəkdim, amma bu gün getdim, sarğı qoydular. Barmağım çıxıb yerinə su dolub, əlim şişmişdi”.