Olay
Olay

Sefo konsertində səhnədən endirildi

Sefo konsertində səhnədən endirildi

Türkiyəli müğənni Sefo Muğlanın Bodrum bölgəsində konsert verib.

OLAY yazır ki, sənətçi qubernatorluğun təlimatı ilə saat 00:30-da səhnədən endirilib. O bu barədə sosial media hesabında video paylaşaraq məlumat verib.

“Musiqi qadağası saat 1-ə qədər deyildi? Mən bu ölkədən bezmişəm”, - deyə, söyləyib.

Qeyd edək ki, Türkiyədə əyləncə məkanlarında gecə saat 1-ə qədər musiqi səsləndirilməsinə icazə var.