Olay
Olay

Məşhur aktyor Zelenski ilə görüşdü

Məşhur aktyor Zelenski ilə görüşdü

Dəstək üçün Ukraynaya gedən dünyaca məşhur amerikan aktyoru Ben Stiller sözügedən ölkənin Prezidenti Volodimir Zelenski ilə görüşüb. 

OLAY yazır ki, Zelenskinin rəsmi sosial şəbəkə hesabında aktyorla görüşdən videosu yer alıb. 

Paylaşımda “Ukraynalılar bütün dünyanın, bir çox məşhur insanın dəstəyini hiss edir. Ben Stillerin səfəri də bunu bir daha təsdiqləyir. Sizin İrpinə və Makarova səfəriniz, xalqımızla görüşləriniz çox şey deyir. Ölkəmiz üçün bu çətin zamanda burada olmağınızı yüksək qiymətləndiririk” sözləri qeyd olunub.