Dünyaca məşhur amerikan aktyoru Ben Stiller Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Polşaya sığınmaq məcburiyyətində qalan qaçqınlara baş çəkib.
OLAY yazır ki, müharibə səbəbindən evsiz qalan insanlara dəstəyini nümayiş etdirən aktyor, izləyicilərindən Ukrayna xalqına dəstək mesajı verməyə çağırıb.
56 yaşlı Stiller sosial media hesabında Ukraynanın qərb bölgəsinə səfərindən fotoları paylaşıb.
Qeyd edək ki, Stiller Ukraynaya dəstəyini göstərmək üçün ölkəyə gələn ilk məşhur şəxs deyil. Ancelina Coli də ötən ilin aprelində Ukraynaya səfər edib.