Olay
Olay

Səidə yenə sərt danışdı

Səidə yenə sərt danışdı

Müğənni Səidə Sultan bayağı müğənniləri tənqid edib.

OLAY yazır ki, bu barədə o, “Tarixin bir günü” verilişində danışıb.

Səidə deyib ki, hazırda musiqimiz pis gündədir: “Mənimlə eyni yaşda, eyni dövrdə sənətə gələnlər gözəl müğənnilərdir. Düşünürdüm ki, məndən sonrakılar, təkbaşına Avropada özlərini tanıdacaqlar. Biz əksinə 30 il geriyə getdik. Hamısı “nanaynanay”dır. Bu, musiqimizə nə töhfə verəcək? Daha da bədbəxt edir. Məsələn, xaricdən qonaq gəlib indiki mahnılara qulaq asanda utanıram ki, heç dinləməsələr, bundan yaxşıdır.

Bayağı mahnıların yaranmasının səbəbi var. Çünki şəhər kəndə çevrilib. Artıq şəhər musiqisi, mədəniyyəti deyə bir şey qalmayıb. Sənin Bakın şəhər kimi qalsa, qaçqınlıq, müharibə olmasayadı, musiqimiz korlanmazdı. Kənd kənd kimi, şəhər də şəhər kimi qalmalıdır. Bakı kəndə çevrilib ki, “qıjı”lıq daha çox sevilir. İstəyərəm ki, Azərbaycanda bir kişi çıxsın, kanal açsın, bayağı müğənniləri ora çağırsın, verilişləri də orada olsun. İndi elə bil ticarətdəsən originalla qüsurlu məhsulu bir yerdə satırsan. Əgər bura yaxşı müğənni də, bayağı da gəlirsə, sizin probleminizdir”.