Olay
Olay

“Xahiş edirəm, “stoyka”mı çəkin” - VİDEO

“Xahiş edirəm, “stoyka”mı çəkin” - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva və Nadir Qafarzadə arasında yaranan qalmaqal daha da alovlanıb.  

Sənətçi ilk dəfə onun ünvanına ittihamlar səsləndirən eks-dostu N. Qafarzadə ilə bağlı OLAY-a danışıb:

“Çılğın Nadirin, alovlu Nadirin həmişəki kimi cavabı oldu. Allah canını sağ eləsin. Əvvəl olsaydı, tez özümdən çıxardım. Əsas odur ki, insanın vicdanı təmiz olsun. Güzgüyə baxanda bilirəm ki, bu sənətə necə gəlmişəm, hansı addımlarla gəlmişəm. Bakı balaca şəhərdir. Hamı bilir ki, kim hansı işin ağasıdır. Şükürlər olsun ki, bu “stoyka”mı saxlamışam. Xahiş edirəm, çəkin mənim bu “stoyka”mı (red. – kameramanlara səslənir) Allah mənə nə qədər ömür veribsə, saxlayacağam. Bu vaxtadək dost dediyim adamlar düşünüblər ki, Fatimə özündən gedəndi... Əsla, elə düşünməyin, siz mənə stimul verirsiz, əzizlərim. Fikrimdə qalıram, dövlətimizin qanunları var. Səhnədə sənətini nümayiş etdirən, özünü düzgün aparan insanlara fəxri ad verilir. Amma o danışan insanlar elə danışacaqlar”.

Qeyd edək ki, F.Fətəliyeva “Səhər mərkəzi” verilişində N.Qafarzadəni nəzərdə tutaraq “Çıxıb özünüzü gülünc vəziyyətə qoyursuz” sözlərini işlətmişdi. Müğənni isə onun ünvanına təhqiramiz ifadələrin yer aldığı video paylaşmışdı.