Olay
Olay

“Erməninin Azərbaycan trendinə düşməsinə nə etmək olacaq?”

“Erməninin Azərbaycan trendinə düşməsinə nə etmək olacaq?”

Erməni ifaçı Ernest Ogannesyanın “Mİlaya” adlı mahnısı Azərbaycan musiqi trendinə düşüb.

OLAY yazır ki, bununla bağlı azərbaycanlı reper ProMete də ( Pərviz İsaqov) paylaşım edib.

O, bu məsələ ilə bağlı fikirlərini paylaşdığı statusda yazıb.

“Cəmiyyət olaraq İkinci Qarabağ Müharibəsindən sonra şəhid və Qarabağ mövzusunda çox həssasıq.O torpaqlarda şərab fabriki açılması mənfi reaksiyaya tuş gəlir. Bakıda Şəhidlər Xiyabanı yaxınlığında klub açılması dava ilə bitir. Amma bu gün erməni ifaçının yutubda Azərbaycan musiqi trendinə girməsinə nə etmək olacaq? Heç nə, çünki qulaq asanda anlayacaqsınız ki, o musiqi bizimkilərin musiqisinə çox bənzəyir. Görün, özümüzü, musiqi mədəniyyətimizi hansı vəziyyətə gətirib çıxardıq”, - deyə ProMete bildirib.

Qeyd edək ki, erməni müğənninin rus dilində oxuduğu mahnı Azərbaycan trendində 14-cüdür.