Olay
Olay

Azərbaycan ətri İtaliyada sərgidə

Azərbaycan ətri İtaliyada sərgidə

"Mugham" brendinə məxsus "Karabakh Bouquet-1752" ətri beynəlxalq sərgidə nümayiş olunub.  

OLAY yazır ki, Qafqaz ölkələri arasında ilk dəfə məhz Azərbaycan yerli ətir brendi ilə beynəlxalq sərgidə təmsil olunub. “Karabakh Bouquet - 1752” ətrinin nümayiş olunduğu İtaliyanın Milan şəhərində keçirilən “Esxence” beynəlxalq sərgisində həmçinin dünya miqyaslı ən mötəbər parfüm şirkətləri öz məhsullarını təqdim edib.

Azərbaycanın şanlı qələbəsi şərəfinə istehsal olunan “Karabakh Bouquet-1752” parfümünün sərgidə yer aldığı guşədə milli elementlərlə yanaşı, Qarabağ, xüsusən də Şuşaya aid atributlar, həmçinin qələbənin simvolu olan Xarıbülbül avropalı qonaqların diqqətini çəkib. 

Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidlri də var. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.