Fotosessiya
Fotosessiya

Azərbaycanın milli brendi Türkiyənin ən yaxşısı oldu

Azərbaycanın milli brendi Türkiyənin ən yaxşısı oldu

Azərbaycanın milli brendi Türkiyənin “ən yaxşı parfüm” mükafatını alıb.

OLAY yazır ki, Türkiyənin iş, sənət və idman ictimaiyyətinin ən uğurlu simaları “Altın Yaşam” mükafatlandırma mərasimində bir araya gəliblər.

Qaliblərin səsvermə yolu ilə müəyyənləşdirildiyi “Altın Yaşam” mükafatlandırma mərasimində Avropada hazırlanan Azərbaycanın milli brendi “Mugham” ətirləri “ilin ən yaxşı parfüm brendi” nominasiyasına layiq görülüb.

Məlumata görə, “Akatlar Mədəniyyət Mərkəzi”ndə keçirilən qala gecəsinin aparıcıları qismində Saadet Özsırkıntı və Jess Molho səhnəyə çıxıb.

Həmçinin Fatih Ürek, Şebnem Özinal, Yosi Mizrahi, Behzat Gerçeker, Hüseyin Avni Danyal, Vahe Kılıçaslan, Emel Yıldırım, Pelin Akil, Somer Sivrioğlu, Nilperi Şahinkaya və Yeşim Salkım da mükafat alan adlar arasında olub.

Qeyd edək ki, “Mugham” brendi nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən parfüm muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyır. “Karabakh bouquet – 1752” ətrinin qoxusu isə Qarabağ bölgəsinə xas çiçəkləri xatırladır. Bənzərsiz “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.