Olay
Olay

Fransada istehsal olunan Azərbaycan parfumu!

Fransada istehsal olunan Azərbaycan parfumu!

Fransada istehsal edilən Azərbaycanın milli parfümü “Mugham”ın növbəti ətri "Bayati-Shiraz"ın tanıtım çarxı böyük marağa səbəb olub. 

OLAY yazır ki, ən sehirli rəngləri, ən ecazkar qoxuları özündə birləşdirən “Bayati-Shiraz” sizi bir toxunuşu ilə nağıllar aləminə aparacaq. Şaftalı, zəfəran, zəncəfil, qırmızı giləmeyvə və çəhrayı bibər tərkibli "Bayati-Shiraz"ı gözləməyə dəyərdi. 

Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Dizayn və qablaşdırma İngiltərədə, parfüm isə Fransada istehsal edilir. Muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan bənzərsiz “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.